"Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər"

"Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər"
SİYASƏT
13:11 18.05.2026
366
Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

"Şəhərsalma təkcə Bakı üçün deyil, Azərbaycanın bir çox şəhərləri üçün də bizim gündəlik məşğul olduğumuz əsas istiqamətlərdən biridir. Bu il mənim sərəncamımla "Şəhərsalma və Memarlıq İli" elan olunub. Bu tədbirin təşkilinə göstərdiyi dəstəyə, əməkdaşlığa və WUF13-ə ev sahibliyi kimi çox məsuliyyətli vəzifəni bizə etibar etdiyinə görə UN-Habitat təşkilatına təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz UN-Habitat ilə birlikdə Azərbaycanda Ağdam, Zəngilan və Xankəndidə üç milli şəhərsalma forumu keçirmişik. Bu şəhərlər uzun illər işğal altında qalmış ərazilər idi. Bu gün qlobal toplantıya ev sahibliyi etməklə biz bir daha şəhərsalmaya, şəhər inkişafına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və əhalimizin özünü rahat hiss etməsi üçün bütün zəruri imkanların yaradılmasına sadiqliyimizi nümayiş etdiririk. Təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz memarlığı ilə fəxr edə bilər. Mən onlardan yalnız bir neçəsinin adını çəkəcəyəm.

Bir zamanlar Şirvanşahlar dövlətinin paytaxtı olmuş, XIV əsrin böyük Azərbaycan şairi Nəsiminin vətəni olan Şamaxı şəhərində dünyanın ən qədim məscidlərindən biri yerləşir. Bu məscid 743-cü ildə inşa edilib.

Bir zamanlar Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan isə böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin vətənidir”, - dövlət başçısı qeyd edib.

Prezident qeyd edib ki ki, Memar Əcəminin inşa etdiyi və XII əsrə aid olan Möminə Xatun türbəsi bu gün də mövcuddur:

"Dünyanın ən qədim şəhərlərindən biri olan Gəncə isə XII əsrin digər böyük Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir və bu şəhər bu gün Bakıyla paralel şəkildə inkişaf etməklə yanaşı, öz tarixi simasını da qoruyub saxlayır. Qafqaz Albaniyasının paytaxtı və əsas şəhərlərindən olmuş Qəbələ və Şəki çoxsaylı tarixi abidələrə malikdir. Şəki yaxınlığındakı Kiş kəndində yerləşən kilsə isə yəqin ki, dünyanın ən qədim kilsələrindən biridir. Əcdadlarımızın istedadının digər nümunəsi isə Lahıc kəndidir. Kəndin yaranmasından 15 əsr əvvəl burada insanlar bu gün də işlək vəziyyətdə olan kanalizasiya və su təchizatı sistemi qurublar. Qarabağın tacı olan Şuşa şəhəri təxminən 30 il işğal altında qaldıqdan sonra indi demək olar ki, sıfırdan yenidən qurulur və dağıdılmış qalası bərpa edilib. Mənim sadaladığım bütün bu abidələr, eləcə də VI əsrə aid Qız qalası ilə Bakı şəhəri təkcə əcdadlarımız tərəfindən inşa edilməyib, həm də işğallardan, dağıntılardan və məhvetmələrdən sağ çıxaraq müxtəlif nəsillər tərəfindən bərpa olunub və bu günədək qorunub saxlanılır. Sadalanan bütün bu məkanlara hər kəs gedə, onları görə, daxil ola və toxuna bilər. Düşünürəm ki, bu, bizim tarixi irsimizə və mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik, qədim tariximizlə qürur duyuruq. Bu tarix təkcə musiqimizdə və poeziyamızda deyil, həm də memarlığımızda əks olunur. Bizim vəzifəmiz isə onu gələcək nəsillər üçün qorumaqdır. Əminəm ki, gələcək nəsillər də eyni şəkildə davranacaqlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?