Tekstil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR

Tekstil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR
İQTİSADİYYAT
17:09 24.04.2026
1334
Aprelin 23-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı və "Esen Tekstil” MMC-nin təşəbbüsü və sponsorluğu ilə tekstil sektoruna həsr olunmuş sektorial görüş keçirilib.

AZXEBER.COMxəbər verir ki, tədbirin əsas məqsədi tekstil sahəsində fəaliyyət göstərən qurumlarla dövlət–özəl tərəfdaşlığını gücləndirmək, eləcə də sahədə mövcud aktual məsələləri müzakirə etmək olub.

Görüşdə tekstil sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti və sektorial görüşlərin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, bu cür platformalar müxtəlif sahələr üzrə sahibkar və mütəxəssislərin bir araya gəlməsinə şərait yaradır. Onun sözlərinə görə, tekstil sektoru ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynayır və bu sahədə dövlət qurumları ilə biznes subyektləri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tural Mustafayev qeyd edib ki, bu tip təşəbbüslər yerli istehsalın genişlənməsinə, ixrac imkanlarının artırılmasına və yeni layihələrin formalaşmasına töhfə verir.
Tədbirdə çıxış edən Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Osman Xaliyev, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Gömrük Siyasəti Baş İdarəsinin Tarif tənzimlənməsi şöbəsinin rəisi Musa Abbaszadə, İCMA İdarə Heyəti sədrinin müavini və "Moon Group” şirkətinin təsisçisi Ruslan Quliyev, "Azera” Holdinqin rəhbəri Akif Əliyev və "Esen Tekstil” MMC-nin təsisçisi Rəşid Xəlilov tekstil sektorunda aparılan islahatlar və yeniliklər barədə fikirlərini bölüşüblər.

Çıxışlarda sənayenin inkişaf istiqamətləri, yerli istehsalın gücləndirilməsi, ixrac potensialının artırılması, müasir texnologiyaların tətbiqi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı məsələləri xüsusi vurğulanıb.

Tədbirin sonunda "Tekstil sektorunun axşam ziyafəti”nin təşkilinə verdiyi dəstəyə görə Rəşid Xəlilov təltif olunub.
Görüş çərçivəsində tekstil sahəsində tətbiq olunan yeniliklər, istehsal proseslərinin optimallaşdırılması, yerli brendlərin inkişafı və dövlət–biznes əməkdaşlığının perspektivləri ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.


 

 

 

 

 

 

 

 

 

 

 


 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”