Dünən Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Milli Konservatoriyası (AMK) Tələbə Gənclər təşkilatının birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin doğum günü və həmçinin "Milli Musiqi Günü" münasibəti ilə tədbir keçirildi.
AZXEBER.COM-un məlumatına görə, Park Bulvar ticarət mərkəzinin 1-ci mərtəbəsində baş tutan konsert proqramına saat 17:00-da start verildi. Tədbirin açılışındaBakıMusiqi Akademiyasının Tələbə Gənclər təşkilatının sədri Vüqar Hümbətov çıxış etdi. Daha sonra BMA-nın və AMK-nın TGT fəalları klassik Azərbaycan musiqi proqramı ilə çıxış etdilər. Həmçinintədbir zamanı Azərbaycan bəstəkarlarının bir-birindən maraqlı əsərləri təqdim olundu.
Sonda tamaşaçılarla müsabiqələr keçirilib və qaliblər mükafatlandırılıb.
Ozal İbrahimli