Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Tələbə Gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə qarşıdan gələn “Qurban bayramı” münasibətilə Bilgəhdə yerləşən Qocalar evində "Gələcəyimizlə üz-üzə" adlı xeyriyyə tədbiri təşkil edildi.
AZXEBER.COM-un məlumatına görə, əvvəlcə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər təşkilatının sədri Vüqar Hümbətov Qocalar evinin sakinlərini bayram münasibəti ilə təbrik etdi. Daha sonra tələbələr Qocalar evinin sakinləri üçün alınmış hədiyyələri sahiblərinə təqdim etdilər. Tədbir süfrə ətrafında bir-birindən maraqlı musiqi proqramı və rəqslərlə davam etdi. Gənc musiqiçilər Sadiq Məmmədov, Mehin Hümbətova və Ramil Xələfov da öz mahnıları ilə tədbirə bir qədər də rəng qatdı.Ozal İbrahimli