Tələbələr tanışlıq və əməkdaşlıq üçün konfrans keçirdilər

Tələbələr tanışlıq və əməkdaşlıq üçün konfrans keçirdilər
GƏNCLİK
12:15 19.03.2012
3050

“Azərbaycanda sosial iş üzrə təhsil alan tələbələrin tanışlığı və əməkdaşlığı” adı altında növbəti konfrans keçirilmişdir.

17 mart 2012-ci il tarixində Azərbaycan Universitetində fəal sosial iş tələbələrindən olan Elvin Muradov (ATİ), Saleh Əhmədov(AU), Gülsüm Məmmədzadə(BDU) və Lalə Qafarova(BDU)nın təşkilatçılığı ilə “Azərbaycanda sosial iş üzrə təhsil alan tələbələrin tanışlığı və əməkdaşlığı” adı altında növbəti konfrans keçirilmişdir.

Tələbələrin AZXEBER.COM-a verdikləri məlumata görə, konfransın keçirilməsinin əsas məqsədi sosial iş üzrə təhsil alan tələbələrin tanışlığını və əməkdaşlığını təmin etmək,onlara sosial iş haqqında ətraflı məlumatlar vermək, “Gənc Sosial İşçilər” hərəkatının yaradılması və gələcək fəaliyyəti barədə qonaqlara məlumat vermək idi.

Tədbir zamanı SOS Uşaq Kəndləri Azərbaycan Assosasiyasının nümayəndəsi Cavid Şahmaliyev, “Sosial Xidmətlər təşəbbüsü” İctimai Birliyin nümayəndəsi Rəşad Hüseynov, Azərbaycana Birgə Yardım Təşkilatın (UAFA)in nümayəndəsi Tünzalə Verdiyeva,Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal Əlillər təşkilatının sədri Təranə Musayeva,həmçinin digər təşkilatarın nümayəndələri iştirak etmiş və Azərbaycanda sosial iş sahəsinin inkişafından bəhs edən çıxışlarını etmişlər.

Tədbirdə həmçinin sosial iş,psixologiya,sosialogiya ixtisasları üzrə təhsil alan tələbələrdə iştirak etmişdir.Təşkilat nümayəndlərinin çıxışları ilə yanaşı tələbələrdə çıxış etmiş və konfrans haqqında öz fikirlərini söyləmişlər.Bundan sonra gələn görüş,gələcəkdə görüləcək işlər və həmçinin "Gənc Sosial İşçilər" İctimai Birliyinin yaradılması üçün Ədliyyə Nazirliyinə müraciət barədə müzakirə aparılmışdır və mütəxəssilərin məsləhətləri öyrənilmişdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, bu adda konfrans ilk dəfə 18 dekabr 2010-cu ildə Azərbaycan Universitetində Saleh Əhmədov tərəfindən keçirilmişdir.Həmin tarixdən etibarən ənənəvi olaraq bu ad altında konfranslar keçirilmişdir.

OXŞAR XƏBƏRLƏR