Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatdı

Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatdı
SOSİAL
15:58 10.02.2026
451
"Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə tələbələr üçün 5-9 fevral tarixlərində keçirilən ənənəvi ixtisas yönümlü qış düşərgələri yekunlaşıb.
 
AZXEBER.COM xəbər verir ki, "Təhsil” İstirahət Mərkəzində baş tutan düşərgələrin əsas məqsədi iştirakçıların ixtisas biliklərinin dərinləşdirilməsi, analitik və tənqidi düşünmə, problem həll etmə, innovativ yanaşma, eləcə də liderlik və komanda işi bacarıqlarının inkişaf etdirilməsi olub. Layihə çərçivəsində gənclərin gələcək akademik və peşəkar fəaliyyətə hazırlıq səviyyəsinin artırılması prioritet kimi müəyyən edilib.

Cari il üzrə düşərgələr iki istiqaməti əhatə edib. Riyaziyyat sahəsi üzrə "MathCamp2026” layihəsi "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və "PathtoMath” Həvəskar Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Texnologiya və mühəndislik istiqamətləri üzrə "TechCamp2026” düşərgəsi isə "ESTIEM LG Baku” və "EESTEC LG Baku” təşkilatlarının tərəfdaşlığı çərçivəsində təşkil olunub.
 
Düşərgələrdə seçim mərhələsindən keçmiş riyaziyyat, texnologiya, mühəndislik və əlaqəli sahələr üzrə təhsil alan əlli nəfərə yaxın perspektivli tələbə iştirak edib. Proqram çərçivəsində ixtisaslaşmış təlimlər, praktiki məşğələlər, layihə əsaslı fəaliyyətlər və mentorluq görüşləri keçirilib.
 
Qeyd edək ki, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş tədris və innovasiya yönümlü təşəbbüsləri ardıcıl şəkildə uğurla həyata keçirir. Təşkilatın bu istiqamətdəki fəaliyyəti gənclərin intellektual inkişafının dəstəklənməsi, sosial fəallığının artırılması və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putinin fərmanına Yaponiyadan etiraz
21:43 06.11.2026
Putinin fərmanına Yaponiyadan etiraz
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb