Tələbə və həkim endokrinoloqlar “Azərduz” markasının istehsal olunduğu Masazır Duz Zavodunda istehsal şəraiti ilə tanış oldular.
AZXEBER.COM-un məlumatına görə, uzun illərdən bəri süfrələrimizdə bizə qənim kəsilən keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olmuşdur. Yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırılması məqsədilə Azərsun Holdinq tərəfindən inşa olunan Masazır Duz Zavodunun istifadəyə verilməsi bu sahədə atılan ciddi, uğurlu addım olmuşdur. Artıq bütün satış nöqtələrində istehlakçılara təklif edilən yüksək keyfiyyətli Azərduz markası bazarda satılan digər markalardan həm keyfiyyətinə həm də saflığına görə dəfələrlə yüksək göstəricilərə malikdir.
Zavodun istehsal şəraiti ilə tanış olan heyətə bildirildi ki, zavod ən müasir texnologiya ilə inşa olunub və istehsal potensialı artırılmışdır.
Azərduz yüksək keyfiyyəti ilə keçmişdə qalan gilli, ovulmuş və xırda daş parçalarını xatırladan duz deyil yodlaşdırılmış və 99,9% saf olan ekstra duzdan ibarətdir. İstifadəyə verilən müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Masazır Duz Zavodu Qafqazın ən müasir duz zavodudur.