“Telegram”ın işində nasazlıq yarandı

“Telegram”ın işində nasazlıq yarandı
MEDİA
23:54 04.10.2021
653
"Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector” xidməti məlumat yayıb.

Şikayətçilər tətbiqin işi, serverin qoşulması ilə bağlı problem yaşadıqlarını bildirir.

Nasazlıq haqqında şikayətlər daha çox ABŞ, Meksika, Kanada, Cənubi Amerika və bəzi Avropa ölkələrindən olan istifadəçilərdən gəlir.

"WhatsApp”dan keçən bütün yeni istifadəçilərə şadıq, lakin serverlər çətinliklə üzləşib” - "Telegram”ın məlumatında deyilir. 
OXŞAR XƏBƏRLƏR