Televiziya işçiləri qəzaya düşdülər: –yaralananlar var

Televiziya işçiləri qəzaya düşdülər: –yaralananlar var
Bütün Xəbərlər
14:44 21.09.2015
2814
Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb.
APA-nın məlumatına görə, hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. "Dünya" TV-nin çəkiliş qrupunu aparan "Lifan" markalı maşın "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb.
N.Rəsulov APA-ya açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: "Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır".
OXŞAR XƏBƏRLƏR