Aktrisa Telli Hüseynova “Günə baxan” verilişindən uzaqlaşdırılıb. Axşam.az-ın məlumatına görə, verilişin “Mətbəx” rubrikasını aparan aktrisanın yeni mövsümdə efirdə olmaması diqqət çəkib. T.Hüseynova verilişdən getməsi ilə bağlı ona ünvanlanan suallara belə cavab verib: “Hər kəsə diqqətinizə görə təşəkkür edirəm. “Günə baxan”da yoxam. Televiziyanın öz qanunları var. İnşallah, mən tamaşaçılarla yenidən görüşəcəm. Amma başqa bir verilişdə”.