Təmas xəttində monitorinq keçirildi

Təmas xəttində monitorinq keçirildi
Bütün Xəbərlər
15:23 14.12.2012
715
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq başa çatıb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub-qərbində yerləşən təmas xəttində monitorinq zamanı insident qeydə alınmayıb.Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçiriblər.
OXŞAR XƏBƏRLƏR