“Təmiz Binəqədi”də ağac terroru - FOTOLAR

“Təmiz Binəqədi”də ağac terroru - FOTOLAR
Bütün Xəbərlər
04:44 17.03.2015
1298
İcra başçısına 50 min rüşvət verdiyini deyən iş adamı yaşayış binasını qəzalı vəziyyətə saldı - “Təmiz Binəqədi”də ağac terroru 
Artıq bir-neçə aydır ki, Binəqədi rayonu Naxçıvani küçəsində əhalinin narazılığı səngimək bilmir. 
Hadisəylə bağlı AZXEBER.COM-a açıqlama verən sakinlər deyiblər ki, özlərini deputat Elton Məmmədovun adamları kimi təqdim edən bir qrup şəxs Binəqədi İcra Hakimiyyəti ilə əlbir olub yaşayış sahəsi üçün nəzərdə tutulan çoxillik ağacları kökündən çıxarıb, yerində obyekt tikirlər. 
Hələ keçən ilin noyabr ayından Naxçıvani küçəsi 4B mənzil 62 ünvanındakı yaşayış sahəsini satın alan bu işbazlar həyətdəki 15 ədəd ağacı kökündən çıxarmış, mənzil balkonunu 5 metr artıraraq, burada obyekt inşa etmişlər. Bu ağac terroru ilə bağlı dəfələrlə mətbuatda xəbərlər dərc edilsə də, Binəqədi İcra Hakimiyyətindən heç bir reaksiya verilməmiş, əksinə “Təmiz Binəqədi”nin rəhbərliyi həmin iş adamı ilə əlbir olaraq, bu qanunsuzluğa göz yumurlar. 
Həmin binanın sakinlərindən aldığımız məlumata görə, mənzili satın alan işbazlar indi də mənzildəki bütün qoruyucu betonları söküb və arakəsmələri götürüblər. Faktiki uçma təhlükəsi ilə üz-üzə qalan yaşayış binasında yaşayan sakinlər gecələr qorxa-qorxa yatırlar. Məsələ ilə bağlı həmin mənzildə tikinti aparan fəhlələrdə söhbət etdik. Fəhlələr müxbirimizə bildirib ki, həmin mənzili satın alan iş adamı Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İbrahimlinin qəbulunda olub və icra başçısına 50 min dollar rüşvət verib: Buranı alan adam gəlib deyir ki, mən başçı ilə bu işi razılışdırmışam. Siz narahat olmayın, sakinlərə fikir verməyin. Öz işinizlə məşğul olun. Keçən dəfə əsəbiləşdi və bildirdi ki, 50 min dollar rüşvət verib."
Sakinlərin dediyinə görə, məhz bunun nəticəsidir ki, həmin mənzildə aparılan söküntü işlərinə yerli icra qurumlarından heç bir müdaxilə edilmir. Faktla bağlı Binəqədi İcra Hakimiyyəti ilə əlaqə qurmağa çalışsaq, sualımıza cavab verən olmadı. 
Uçqun təhlükəsi ilə bağlı Prezident Aparatı və FHN-ə də müraciət olunub.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Orxan,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR