Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ

Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
SOSİAL
13:53 22.07.2026
714
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR