Temperatur düşəcək, yağış yağacaq

Temperatur düşəcək, yağış yağacaq
Bütün Xəbərlər
10:40 05.09.2013
749
Bu gün  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədəməlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 20-24, günün birinci yarısında 24-28, axşama doğru 24 dərəcəyədək isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sentyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 20-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR