Ötən gecə Azərbaycanda bir ev və iki avtomobil yandı
Bütün Xəbərlər
12:19 12.05.2013
942
Gecə saatlarında ölkədə bir ev və iki avtomobil yanıb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirlitinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Həmçinin, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.