Tənzilə Rüstəmxanlı: “Bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq” - MÜSAHİBƏ

Tənzilə Rüstəmxanlı: “Bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq” - MÜSAHİBƏ
MÜSAHİBƏ
15:27 18.08.2024
10948
"Hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm”.

Bu fikirləri 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi, VHP sədrinin müşaviri,  Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı Musavat.com-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Tənzilə xanım, parlament seçkiləri ilə bağlı kütləvilik və seçici marağı ilə müşahidə olunan təşviqat kampaniyası keçirən az sayda namizədlərdən birisiniz. Sirr deyilsə, bu uğurlu prosesin səbəbi nədir?

- Mən ictimai-siyasi mübarizədə dünənin adamı deyiləm. Milli Azadlıq Hərəkatının ilk günündən bu yoldayam. Əl qoyduğum hər bir işdə seçilmək, qatıldığım işləri uğurla aparmaq ümdə prinsipimdir. Qarabağ savaşının ilk günlərindən "Azərittifaq”ın məsul işçisi kimi başçılıq etdiyim yardım  işlərindən tutmuş, Azərbaycan-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin sədri olaraq Qarabağ, Türk Dünyası həqiqətlərini dünyaya çatdırmağa qədər hər çalışmamda yüksək nəticəyə nail olmağa çalışmışam. Bu, eqo deyil. Bu tutduğun yola, hədəfə sayğı, gördüyün işə məsuliyyətdir. Seçki təşviqatına gəldikdə isə belə bir el məsəlimiz var: "Niyyətin hara, mənzilin ora”. Bu gün Neftçalanın hər bir kəndində sevgi və coşqu ilə qarşılanmağım tutduğum yolun məntiqi nəticəsidir. Xalq düzü əyridən seçməyi bacarıb, ona görə kiməm deməyə, bunun geniş təbliğatını aparmağa ehtiyac olmadı.

- Neftçala zamanında sosial-iqtisadi baxımdan inkişaf edən rayonlarımızdan olsa da, yəqin ki, bu gün müəyyən problemlər var. Seçici nə deyir? Neftçala insanını hansı problemlər narahat edir?

- Doğru deyirsiniz ki, Neftçala zamanında həm kənd təsərrüfatı, həm də sənaye baxımdan öncül rayonlarımızdan biri olub. Təəssüf ki, bu infrastruktur sovet quruluşu ilə birgə dağıldı və insanların həyat şəraitində ciddi çətinliklər yarandı. Maraqlıdır ki, müstəqillik illərində də uzun müddət sanki Neftçala yaddan çıxmışdı. Neftçalanın sosial-iqtisadi inkişafına dair dövlət proqramı vəziyyəti köklü surətdə dəyişib. Qürurla deyə bilərəm ki, Neftçalaya göstərilən bu diqqətdə namizədi olduğum partiyanın sədri, ötən seçkidə bu dairədən millət vəkili seçilmiş Sabir Rüstəmxanlının böyük rolu olub. Sabir bəyin Neftçala ilə bağlı həm Milli Məclisdəki çıxışları, həm də ölkə rəhbərliyinə müraciəti bu prosesə dəstək oldu. Bu gün görüşlərdə Neftçala seçiciləri də bunu minnətdarlıqla bildirirlər. Amma, sözsüz ki, bütün problemləri qısa müddət ərzində həll etmək mümkün deyil. Kəndlərdə yol, qaz və su problemləri var, insanlar iş yerlərinin azlığından şikayətçidirlər. Amma bütün bunlarla yanaşı, insanların içində inam var. Hər kəs əmindir ki, işğaldan azad edilmiş Qarabağda bu gün xarüqələr yaradan dövlətimiz ölkənin hər yerində öz vətəndaşını düşünür və onun həyatının yaxşılaşdırılması üçün əlindən gələni edəcək. Bu prosesi asan və rahat etmək üçün neftçalalıların əsl  vəkili olan şəxsin parlamentdə olması vacibdir. Mən bu missiyanı uğurla yerinə yetirəcəyimə əminəm və seçicimə də söz verirəm ki, hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm.

- Azərbaycan ictimaiyyəti milli davanın adamı kimi tanıdığı Tənzilə Rüstəmxanlını indi fərqli ampluada – bir rayonun problemləri ilə məşğul olan millət vəkili kimi görəcək?

- Əsla! Mən mübarizə adamıyam və bu mübarizəni illərlə necə aparmışamsa, bundan sonra da aparacağam. Bu gün  Neftçaladan olan soydaşımın yol, su, qaz, iş probleminin həlli üçün çalışmağım Qərbi azərbaycanlı, urmiyalı, kərküklü, Şərqi türküstanlı soydaşımın dərdini unutmaq anlamına gəlmir. Bu günə qədər millətim üçün savaşarkən mandatı vacib bilməmişəm. Seçicim etimad göstərərsə, mandat bu yolda ancaq addımlarımızı qətiləşdirə bilər.

- Seçki həm də mübarizədir. Bu mübarizədə bəzən rəqiblər qaydaları da pozurlar. Sizin dairədə bu baxımdan vəziyyət necədir?

- Bəli, seçki mübarizədir. Amma mən bu mübarizədə qələbə naminə həm rəsmi, həm də insani qaydaların pozulmasını heç cür anlaya bilmirəm. Əgər məqsəd xalqa xidmət, dövlətə sədaqətdirsə, demək, nəticə etibarə ilə bu mübarizədə uduzan da olmayacaq. Millət və dövlətə xeyirli olacaq qələbədə bir fərdin məğlubiyyəti önəmli deyil. Seçki həyatımız üçün kiçik bir andır. Axı ömür, hədəfə doğru getdiyimiz yol davam edir. Bir seçkinin nəticələrinə görə insani dəyərləri arxa plana keçirmək olmaz. Mən bütün rəqiblərimə bu xalqın övladları kimi baxıram, bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib