Tənzilə Rüstəmxanlı: "Dostum olsa da, onun dostluğu mənə nə verəcək?"-MÜSAHİBƏ

Tənzilə Rüstəmxanlı: "Dostum olsa da, onun dostluğu mənə nə verəcək?"-MÜSAHİBƏ
Bütün Xəbərlər
18:04 25.01.2012
1562

Xəbər verdiyimiz kimi, Azərbaycan Tədris Akademiyasında (ASA) yalnız 1 gün - 24 yanvar tarixində “Şərq qadını dünyada necə görünür?” mövzusunda debat keçirilib.

Debat “Biz Şərqdənik” adlı qısametrajlı filmin mövzusu ilə bağlı olub. Debatda kinossenarist Eldəniz Quliyev, rejissor Əlisa Cabbarov,Azəri-Türk Qadınlar Birliyinin sədriTənzilə Rüstəmxanlı iştirak ediblər.Debatda eyni zamanda, filmin ssenarisi, rejissor işi, aktyor işi peşəkarlar tərəfindən qiymətləndirilib.

A.S.A-dakı debatın ardındanTənzilə Rüstəmxanlı AZXEBER.COM-un suallarını cavablandırdı.

- Azərbaycan Tədris Akademiyasında keçirilən debatla bağlı münasibətlərinizi bilmək istərdik.

- Mənim üçün çox maraqlıdı bir debat idi. Dəvətə görə də Vəsilə xanıma Vahidqızına minnətdaram. Bu gün Burada maraqlı bir müzakirə oldu. “Biz şərqdənik” filmində hərə öz taleyini yaşayır. Bu film şərqli qadının avropalılarla heç də fərqli olmadığını göstərməyə xidmət göstərən qısametrajlı film idi.

-Tənzilə xanım, sizcə Azərbaycan qadınının obrazı necə olmalıdır?

- Bizim ən böyük qüsurumuz budur ki, dünyada bizi yaxşı tanımırlar. Avropada Azərbaycan deyəndə İranın, Ərəb ölkələrinin, müsəlman ölkələrindən biri kimi başa düşülür. Heç Türkiyəni də yaxşı tanımırlar. Yəni elə bilirlər ki, müsəlman qadını ancaq başı çadralıdır. Əslində bu belə deyil. Bu bizim günahımız deyil. Bu bizi tanımayanların, araşdırmayanların, bizimlə maraqlanmayanların cahilliyidir. Mən ona qarşıyam, Avropalıya özümü yetərincə tanıda bilmirik. Şərqdə ilk opera Azərbaycanda yazılıb. Tanımırlar, çünki cahildilər. Əgər Üzeyir Hacıbəyov kimi məşhur bir bəstakarı tanımırsa, bu onun öz işidir. Həmçinin Azərbaycan Şərqdə ilk Cümhuriyyət qurulan dövlətdir. Bunu tanımamaq olar?! Onların tarix bilgiləri olmadıqları üçün bu gün 1915-ci ildə sözdə erməni soyqırımı iddialarını qəbul edirlər.

- Avropa birmənalımı şəkildə tanıyırmi Şərqi?

- Onlar Şərqə geridə qalmış kimi baxırlar. Adət-ənənələrimizlə, milli dəyərlərimizlə onlardan nə qədər üstün olduğumuzu göstərsək də, bunların düşüncə tərzi başqadır. Ermənistanın haqsız olduğunu bildikləri halda onları dəstəkləyirlər. Burada dini faktor da çox önəmlidir. Xristian, katolik olduqlarını bildikləri üçün bu gün onlar ermənilərin yanındadırlar. Amma Azərbaycan Qafqazda ən güclü müttəfiqdir. Bəs görəsən Ermənistanın nəyi var?

-Fransa senatında qəbul olunan məlum qərar haqda nə düşünürsüz? Sizcə Fransa niyə belə bir addım atdı?

Fransa özlüyündə bir qəbahətə yol verdi. Fransa bütün Avropa dəyərlərini çeynədi, ayaqlarının altına aldı. Öz ana yasasına, konstitutisiyasına zidd olan bir qərar qəbul elədi. Fransada 500.000 erməni yaşayır. Bu sırf siyasi bir oyunbazlıq idi. Sarkozi seçimlərdə səs alma eşqinə düşdüyündən bu addımı atdı. Fransa çox böyük xəyanət elədi. Bu qərar Fransa xalqının tarixinə qara hərflərlə yazılacaq. Kaş ki, Fransa senatı Fransa kimi böyük bir dövlətin dəyərlərinə, xalqına zidd hərəkət etməzdi.

-Fransadan sonra da başqa ölkələr bu qanunu qəbul edə bilərmi?

Qəbul edə bilər. Amma Azərbaycan-Türkiyə münasibətləri burada çox mühüm rol oynamalıdır. Çünki Türkiyənin Fransaya qarşı qəbul edə biləcək sanksiyaları var ki, bunu həyata keçirməlidir. Azərbaycan gərək bu məsələdə Türkiyənin yanında olsun.

-Son günlər fikirlər səslənir ki, Fransa ATƏT Minsk qrupundan uzaqlaşdırılmalıdır. Sizcə bu nə dərəcə realdır?

Son qərar Fransanın bütün iç üzünü ortaya qoydu. Fransa hələ ki, Qarabağ münaqişəsinə fəal baxa bilməz. Çünki onlar ermənilərin xeyrinə qərar verdi. Əminəm ki, Dağlıq Qarabağ məsələsində də bu yolu seçəcək. Azərbaycan Fransanın Minsk qrupundan uzaqlaşdırılması ilə bağlı bəyanat verməlidir. Mənə maraqlıdır Fransa bizə nə verir? Fransanı niyə qazanmağa çalışırıq. Fransa mənim dostum deyil, düşmənimdir. Azərbaycanın Fransadan asılacağı yoxdur. Fransadan bütün yardımlar Ermənistana gedir. Fransa Azərbaycana hər cür sayqısızlıq edir. Ermənistanı müdafiə edir, sonra gəlib Azərbaycanda saymazyana görüş keçirib gedir. Bir sözlə, Minsk qrupunda Fransa həmişə Ermənistandan yana olub. Bird daha qeyd edirəm ki, bu gün Azərbaycan ciddi mövqe nümayiş etdirməlidir. Türkiyənin yanında olmalıdır.

-Belə çıxır ki, siz Fransayla əməkdaşlığa birdəfəlik son qoyulmasının tərəfdarısız.

Mən çox istəyirəm ki, Fransa Azərbaycanı itirsin. Fransa getsin Ermənistanla dostluğunu davam etdirsin. Fransa bu günə kimi mənim dostum ola bilməyib. Dostum olsa da, onun dostluğu mənə nə verəcək?. Fransayla dostluq məsələsi bitdi.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR