Qəribədir ki, sözügedən məsələ ilə bağlı Xüsusi İstintaq Xidməti Ermənistanın birinci və ikincı prezidentlərindən bu günədək ifadə almayıb və bu da o halda ki, cinayət işi üzrə istintaq sənədlərində ilk növbədə Levon Ter-Petrosyanın adı xatırlanır, - deyə Aram Karapetyan söyləyib.
Söhbət 2008-ci il prezident seçkilərindən sonrakı iğtişaşlarla bağlı qaldırılan cinayət işlərindən gedir.
Seçkilərin rəsmi nəticələrini tanımayan Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi qüvvələrin fasiləsız etiraz aksiyalarının dağıdılmasına güc strukturlarının cəlb edilməsi hələ vəzifəsini rəsmən seçilmiş Serj Sarkisyana təhvil verməmiş Robert Koçaryanla əlaqələndirilir.
AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, iğtişaşlar nəticəsində, rəsmən, 10 adam öldürülmüş, 200-ə qədər insan yaralanmışdi. Lakin istintaq dayandırılmış və prezidentin fərmanı ilə fakt toplamaq üçün yaradılmış komissiya, müxalifatin etirazına baxmayaraq, prezidentin fərmanı ilə də ləğv edilmişdi.
Lakin keçən ay hüquq-məhkəmə islahatları məsələləri üzrə müşavirə zamanı Serj Sarkisyan “Bir Mart” adını almış cinayət işləri üzrə istintaqın bərpa edilməsini tapşırıb.
Daha qəribəsi odur ki, - deyir Aram Karapetyan, - Robert Koçaryan dindirilməyib: “Bəlkə onlar onun harada olduğunu bilmirdilər? Bəlkə, Qorik Hakobyanın (Milli Təhlükəsizlik İdarəsinin rəisi), Hayk Harutyunyanın (hadisələr zamanı Polis rəhbəri) yerini biməyiblər? Nə üçün o zaman parlamentin sədri olan Tiqran Torosyandan və 1 mart hadisələri üzrə qərargahın digər üzvlərindən ifadə almayıblar? Torosyan öz müsahibəsində hadisələr zamanı ordu qüvvələrinin tətbiq edildiyinə bələd olmadığını bildirib. Elə çıxır ki, Koçaryan dövlət çevrilişi edib”.
Robert Koçaryanın son müsahibəsində Erməni Ümummilli Hərəkatını siyası qəttlər törətməkdə ittiham etməsinə toxunaraq, “Yeni Zəmanə” partiyasının lideri Ter-Petrosyanın prezidentliyi dövründə Koçaryanın da həmin Hərəkatın idarə heyətinə daxil olduğunu və bundan sonrakı 10 il ərzində prezident vəzifəsini tutduğunu xatırladır. “Sual olunur. Bəs nə üçün həmin qətllərin açilması istiqamətində heç bir addım da atılmayıb?”, - deyə, Aram Karapetyan Ermənistan siyasi məkanında hamının hələ sovet dövründən bir-biri ilə can-bir qəlblə bağlı olduqlarını və buna görə də “gur cinayət işləri və qətllər üzrə araşdırmaların fiksiyaya” çevrildiyini bildirib.