Terror barədə yalan məlumat verən şəxsə hökm oxundu

Terror barədə yalan məlumat verən şəxsə hökm oxundu
Bütün Xəbərlər
18:05 13.03.2014
736
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terror barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan Niyaməddin Nəsirovun məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. Nəsirov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Nəsirov Fövqəladə Hallar Nazirliyinin “112” xidməti ilə əlaqə saxlayaraq metronun “28 May” stansiyasında partlayış baş verəcəyi barədə məlumat verib. Lakin aparılan araşdırmadan sonra məlumatın yalan olduğu müəyyənləşib.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

OXŞAR XƏBƏRLƏR