Tərtər-Goranboy yolunda dəhşətli qəza – FOTOLAR

Tərtər-Goranboy yolunda dəhşətli qəza –  FOTOLAR
Bütün Xəbərlər
10:11 08.12.2014
1480

6 nəfər yaralandı.

Tərtər - Goranboy yolunun 2 ci kilometrliyində ağır yol qəzası baş verib.AZXEBER.COM-un anspress-ə istinadən verdiyi xəbərə görə, Ağcabədi rayon Taynaq kənd sakini 28 yaşlı Səxavət Rüstəmovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “VAZ 21011” markalı avtomobillə toqquşub.

Zərbə nəticəsində “VAZ 2106”da olan 4 nəfər – Ağcabədi rayon Taynaq kənd sakinləri 27 yaşlı Xəyalə Nuriyeva, 51 yaşlı Nazim Rüstəmov, 45 yaşlı Cəmilə Səfərova və sürücü Səxavət Rüstəmov, digər avtomobildə olan 2 nəfər – Tərtər rayon Hacıqərvənd kənd sakinləri 28 yaşlı Azər Haqverdiyev və 25 yaşlı Təbriz Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR