Təşkilat sədri Azərbaycan gəncliyinin problemlərindən danışdı

TOP4
15:57 02.02.2021
1025
Bu gün Azərbaycanda 2 fevral - Gənclər Günü qeyd olunur.

AZXEBER.COM gənclər günündə ölkənin ən fəal gənclər təşkilatlarından olan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərini öyrənib.

O qeyd edib ki, Azərbaycan gəncliyi 44 günlük müharibədəki qələbənin əsas memarlarıdır: "2 fevral - Gənclər günü ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Onun hakimiyyətə gəlməsindən sonra Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gündə ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Hesab edirəm ki, bu siyasət öz məqsədlərinə nail olur. Azərbaycan gəncliyi hakimiyyətin bütün sahələrində təmsil olunur. Önəmli dövlət qurumlarında gənclərlə bağlı müvafiq şöbələrin olması dövlətin gənclərə verdiyi önəmdən xəbər verir.
 
Bu gün 2 fevral günü böyük qürur hissi ilə qeyd edirik. 44 günlük qalib müharibədə həm ön cəbhədə əsgərlərimiz, həm də arxa cəbhədə gənclərimiz öndə oldu. Azərbaycan gəncliyini bu müharibədəki qələbəmizin memarları hesab edə bilərik".

Fərid Şahbazlı gənclərin problemləri haqda da danışıb:

"Bu gün gənclərimiz hələ də keyfiyyətli təhsil almaq hüququndan məhrumdur. Bu sahədə bir sıra ciddi problemlər var. İşsizliklə bağlı problemlər də təhsillə bağlıdır. Təəssüflər olsun ki, universitetlər əmək bazarına yararlı olan tələbələr yetişdirə bilmirlər. Yaradıcı gənclərin də bir sıra problemləri var. Onlar özlərini ifadə etmək üçün lazım olan şəraiti tapa bilmirlər. Gənclərin evsizliklə bağlı problemləri də öz həllini tapmayıb. Bu da nikahların qurulmasına da mane olur. Gənclərə güzəştli şərtlərə ipotekanın verilməsi ilə bağlı prezidentin sərəncamı olsa da, onun icrası ilə bağlı problemlər var. Yerli məmurlar yaratdıqları vəziyyətdən asılı olaraq gənclər bu imkandan yararlana bilmədilər".

Təşkilat sədri gənclərin öz üzərində çalışmalı olduqlarını da vurğulayıb:

"Problemlərin olmasına baxmayaraq gənclərin bu günü qeyd etməyə mənəvi haqqı çatır. Çünki Azərbaycan gəncliyi tarixin bütün mərhələrində dövlətin yanında olub, xalqının maraqlarını müdafiə edib. Özlərinin vətənə olan sədaqəti ilə bir çox dünya gənclərinə örnək olacaq bir səviyyədədir. İstərdim ki, Azərbaycan gəncliyi dünyanın yeni çağırışlarına cavab verən bir gənclik kimi formalaşsın”.
 
Sevinc Yasinqızı

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir