"Lufthansa" aviaşirkəti: “Almaniyada keçirilən tətil səbəbindən aviareys ləğv olunmuşdu, amma artıq bərpa olunub"
Ötən gün Bakı-Frankfurt (Almaniya) istiqamətində "Lufthansa" aviaşirkətinin LH-613 nömrəli aviareysi təxirə salınıb.
"Lufthansa" aviaşirkətinin Bakı nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, Almaniyada keçirilən tətil səbəbindən aviareys ləğv olunub.
Nümayəndəlikdən bildiriblər ki, aviareys ötən gün saat 15:00-dan sonra yenidən bərpa olunub: “Almaniyada keçirilən tətil səbəbindən aviareys ləğv olunmuşdu. Artıq bərpa olunub. Belə bir hadisənin yenidən təkrar olunması gözlənilmir. Aviareyslərdə heç bir problem yoxdur və normal şəkildə həyata keçirilir”.