Teymur Əmrah yenə əsəbiləşdi: "Bu barədə yazan jurnalisti qətlə yetirərəm"

Teymur Əmrah yenə əsəbiləşdi: "Bu barədə yazan jurnalisti qətlə yetirərəm"
ŞOU-BİZNES
21:27 31.08.2011
1589
Müğənni-pedaqoq Teymur Əmrahın müsahibəsi: -Müsahibə verməklə aranız yoxdur. Sizi tapmaq çətindir. Mobil telefonuzun nömrəsini niyə tez-tez dəyişirsiniz?-Boş-boş zəng vuranlar çox olur. Mən də telefonla çox danışmağı xoşlamıram. Bəzən də zəng vurub susurlar. Belə şeylər məni əsəbləşdirir. Sizə söz verirəm, bu gündən işlətməyə başladığım nömrəni artıq dəyişməyəcəm. Bütün jurnalistlərə də bildirmək istəyirəm ki, mənim bütün köhnə nömrələrimi silsinlər. Bağlanan nömrəni bir daha işlətmirəm.-Təzəlikcə ağır əməliyyat keçirmisiniz, özünüzü necə hiss edirsiniz?-Vaxtilə çəkdiyim əziyyətlər öz təsirini sağlamlığıma göstərdi. Vəziyyətim pis idi, məni həkimlər həyata qaytardı. Şükür Allaha, indi yaxşıyam. Keçirdiyim əməliyyat birbaşa diafraqma ilə əlaqəli olduğundan həkimlər hələ oxumağa icazə vermirlər. -Artıq 40-cı yaşa çatdınız. Oktyabrın 8-də 40 yaşınız tamam olacaq. Evlənmək, ailə sahibi olmaq fikriniz yoxdur?-Niyə yoxdur? Əlbəttə evlənmək istəyirəm. Hər kəsin gərək öz ocağı olsun. Mən də istəyirəm özümün evim olsun. Evim olandan sonra evlənmək barədə düşünəcəm.-Axı bir neçə il öncə sizə ev hədiyyə etmişdilər?-Etmişdilər, amma tam yox. İki il gözlədim ki, ev tikilib başa çatsın. Mənə hədiyyə edilən mənzil hazır olandan sonra binanı tikən şirkətin sahibi dedi ki, “Bağışlayın, Teymur müəllim, bu mənzil sizin deyil." Soruşdum, "axı niyə?" Dedi ki, bu mənzili mənə hədiyyə edən adam bankın pulunu ödəmədiyindən onunla bağlanan müqavilə pozulub. O adam bu barədə mənə heç nə deməmişdi. Mən də arxayıncasına oturub, evin tikilib başa çatmasını gözləmişəm. Zəng vurdum o şəxsə ki, bu nə məsələdir. Cavab verdi ki, “müflis olmuşam, işlərim pis gedir.” Vəssalam, bununla da məsələ bağlandı. -Siz həmin şəxsin adını o vaxtı da açıqlamadınız. Deyirdiniz ki, adının gizli qalmasını istəyir. Onun kimliyini bəlkə indi açıqlayasız?-Lazım deyil. Qoy, Allah onun cəzasını versin. -Hazırda harada yaşayırsız?-Tələbəm Vaqif Şıxaliyevin evində. İndiyədək çox tələbələrimin evində qalmışam. Son illər Vaqifgildə qalıram.-Toy müğənnisi də deyilsiniz ki, ev almağa pulunuz olsun. Bəs indi nə edəcəksiniz?-Özünü xeyriyyəçi adlandıran heç kimdəm heç nə istəmirəm. Ancaq dövlətimdəm, prezidentimdən ev istəyirəm. Mən o vaxtı da dövlətimə müraciət etmişdim. Bu "xeyriyyəçi" özünü qabağa salıb, mənə ev "hədiyyə" etməsəydi, bəlkə də dövlətim mənə çoxdan ev vermişdi.-20 ildən artıqdır sənətdəsiz. Hələ də fəxri adınız yoxdur... -11 il iki ali təhsil ocağında müəllim işləmişəm. Uzun illərdir, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistiyəm. Sənətim də göz qabağındadır. Mənimlə bir dövrdə sənətə gələnlər artıq xalq artistidirlər. Bəli mən isə heç əməkdar artist də deyiləm...-Peşəkar ifaçı və bir pedaqoq kimi Azərbaycan mədəniyyətində kimləri əsl sənətkar bilirsiniz?-Bu gün Azərbaycan mədəniyyətində beş nəfəri tanıyıram - Arif Məlikov, Şəfiqə Axundova, Firəngiz Əlizadə, Fidan və Xuraman Qasımovalar. Vəssalam!-Teymur Əmrahı canlı dinləmək istəyənlər hara gəlsinlər?-Konsertlərimə gəlsinlər. Ötən il Mahnı Teatrında 4 günlük konsert verdim. Konsertlərimin hər günü anşlaqla keçdi.-Hansısa bir restoranda çıxış etmirsiniz?-Xeyr, heç bir restoranda çıxış etmirəm.-Toylara gedirsiniz?-Çox az olur. Mənim kontingentimin faizi çox aşağıdır. Bu dəqiqə dinləyicinin çoxu zövqsüz, yüngül mahnılara üstünlük verir. Toylarda da belə mahnılar işləyir. -Bəs nə ilə dolanırsız?-Mahnı Teatrından cüzi də olsa maaş alıram. Az da olsa toylarım olur. Şükür Allaha qazancım dolanışığıma çatır. -Teymur Əmrahı kimsəsizlər evinə atan faciə haqqında danışmağın vaxtı bəlkə çatıb?-Bu barədə danışan kəsi, yazan jurnalisti qətlə yetirərəm. Mənim faciəmdə utanılası bir şey yoxdur, amma böyük faciə baş vermişdi. Bu barədə nəinki danışmaq, heç xatırlamaq belə istəmirəm.
OXŞAR XƏBƏRLƏR