Teymur Rəcəbov Prezidentə və xanımına təşəkkür etdi

Teymur Rəcəbov Prezidentə və xanımına təşəkkür etdi
TOP4
23:51 07.10.2019
12137
Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, qrossmeyster təşəkkür mesajında bildirib:

"Xoş sözlərə görə və məni bu nailiyyətimdən ötrü təbrik edən Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim bu oyunum və qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.

 


OXŞAR XƏBƏRLƏR