Teymur Rəcəbov qitə çempionatının ən yaxşısı oldu

İDMAN
00:12 03.10.2011
1336

Şahmat üzrə klublararası Avropa çempionatında fərdi göstəricilər açıqlanıb. Sloveniyadakı yarışda Azərbaycanı təmsil edən SOCAR-ın lideri Teymur Rəcəbov turnirin ən yüksək fərdi mükafatına sahib olub. Rəcəbov I lövhədə ən yaxşı şahmatçı adını qazanıb. O, buna son 2 turda Ruslan Ponomaryov və Maykl Adams üzərindəki qələbələrlə nail olub. Teymur I lövhədə ən yaxın izləyiciləri rusiyalılar Yevgeni Tomaşevski və Dmitri Yakovenkonu arxada qoyub. Qeyd edək ki, SOCAR komanda hesabında 2-ci yerlə kifayətlənib.

OXŞAR XƏBƏRLƏR