Britaniya hava yolları “British Airways”ə məxsus Boing -777 təyyarəsi havaya qalxmağa hazırlaşan zaman yanmağa başlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Las-Veqasdan Londona uçmağa hazırlaşan təyyarənin sol motorunda qeydə alınıb.
Təyyarədə yanğın başlayarkən 159 sərnişin və 13 ekipaj üzvü olub, lakin yanan təyyarəni vaxtında saxlamaq mümkün olub və sərnişinlər təxliyə olunub. İki nəfərin yüngül xəsarət aldığı bildirilir.