‘Tezik’in tualet problemi var

‘Tezik’in tualet problemi var
Bütün Xəbərlər
12:00 29.06.2013
3386
Əfsələddin Ağalarov

-Hələ mən “Teziki” demirəm yoldaş Zeynalov

-Arvadındı?

-Yox, itdi yoldaş Zeynalov. Qonşunun iti.

-Əəə, itin bura nə dəxli var?

-Bağışlayın yoldaş Zeynalov. Utanıram sizə deməyə. Həmin it divarın o biri tərəfində ayağını yuxarı qaldırıb o məsələni edəndə mənim divarım nəm olur. Arvadın da burnuna həmin iyi dəyən kimi, allergiya olur.

-Yaxşı, onda biz o it üçün bir tualet düzəldərik.

(“Yol Əhvalatı” filmindən)

Haqq dünyasıdı. Bir gün gələn, bir gün gedər deyillər. Allah Siyavuş Aslana rəhmət eləsin. Qurdu, yaratdı, oynada, güldürdü və sonda haqq dünyasına qovuşdu. Yaddaşlarda isə, onun gülüşləri və zarafatları qaldı. Elə “Yol əhvalatı” filmində “JEK” müdiri yoldaş Zeynalovun evini təmir etdirməyə çalışan vətəndaş arasındakı bu dialoqunda verilən sual kimi. “Arvadındı?”. Cavab isə, qısa olur - “Xeyir qonşunun itidi”.

“Tezik”in tualet problemi bizim xaricə ayaq açan və özünü “demokratik” düşərgənin fədaisi adlandıran Rüstəm İbrahimbəyovun həyatına bənzəyir.

R.İbrahimbəyovun şəxsiyyəti ilə bağlı hər hansı bir fikir irəli sürməyim yersiz olar. Adamın kifayət qədər yaşı və savadı var. Düzü özünə, səhvi özünə. Yuxarıda dediyim kimi, haqq dünyasıdı. Bu dünyadan qaçan hələ tapılmayıb. Amma hər dəfə Rusiyanın “Tezik”in tualet problemi ilə bağlı altdan-altdan xatırlatma göndərməsi, hamı kimi mənim də diqqətimi çəkir. Niyə axı, bu qədər ziyalı bir anda ölkədə baş verənləri danışmağa başladı? Niyə Cəmil Həsənli, Gültəkin Hacıbəyli mandatsız qaldıqdan sonra dilə gəldi? Niyə Rüstəm İbrahimbəyov, “Milli Şura”nın yaradılması ideası ilə çıxış etdi? Rusiyasevərlərin sayı niyə bu qədər artmağa başladı? Azərbaycana hər zaman “Tezik”in problemlərini xatırladan Rusiya niyə bir dəfə də olsun, Qarabağla bağlı öz mövqeyini səmimi şəkildə ortaya qoymur? Deməli səbəblər var. Səbəblər isə yetərincə səmimi deyil.

Hər il Rusiyanın istehsal etdiyi milyonluq silahlar Ermənistana və Azərbaycana ona görə satılır. Deməli, bizim “Tezik”lərin məqsədi əslində Azərbaycanı güllü-çiçəkli etmək deyil. Deməli, bizə doğruları çatdırmağa çalışanlar özləri kiminsə divarını nəm edirmiş.

Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) keçmiş rəhbəri Söyün Sadıqovun yenidən ortaya çıxması da əslində R.İbrahimbəyovla eyni vaxta təsadüf edir. Putinin yaxın dostu kimi ad çıxaran S.Sadıqovun Azərbaycanda baş verən siyasi hadisələrə bu qədər canıyananlıqla yanaşması, heç də onun patriot olmasından irəli gəlmir.

Putinin özəl tapşırıqlarını yerinə yetirən bu adam Azərbaycandakı ssenariləri gerçəkləşdirmək üçün peşəkar bir dramaturqla işbirliyinə girib.

Unutmamaq lazımdır ki, R. İbrahimbəyov özü peşəkar dramaturqdur. S.Sadıqovun tapşırığı ilə yazdığı ssenarilərlə filmlər çəkməyə öryənib. Prosesləri bir dramaturq kimi qiymətləndirmək əslində onun işinin bir parçasıdır. Maraqlı olan məqam isə, bu filmin sponsorunun yəni, “Tezik”in ayaqyolu problemini xatırladan qüvvələrdir.

Ancaq R.İbrahimbəyov ssenariləri faciəli sonluqla bitdiyini unudub. Sonluqlar xoşbəxt olanda daha çox sevilir. Bədbaxt sonluqları isə bizim xalq çox görüb.

Allah həmişə kinomuzun sonunu xoşbəxtçiliklə bitirsin!

OXŞAR XƏBƏRLƏR