‘The Huffington Post’ Azərbaycandan yazdı

‘The Huffington Post’ Azərbaycandan yazdı
Bütün Xəbərlər
01:10 09.12.2012
961

Azərbaycanın dünyada rolu artır. Bir il əvvəl Azərbaycan BMT-nin 193 ölkəsinin seçdiyi Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan beş ölkədən biri olmuşdur. AzərTAc xəbər verir ki, bu barədə “Busness Executives for National Security” (Vaşinqton) qeyri-hökumət təşkilatının rəhbəriStenli Vays “The Huffington Post” internet nəşrində dərc edilmiş “İran, ABŞ və Azərbaycan: Odlar yurdu” məqaləsində yazmışdır. Məqalədə deyilir: “1991-ci ilin dekabrında, Sovet İttifaqının süqutundan bir qədər sonra ABŞ-ın dövlət katibi Ceyms Beyker Prinston Universitetində “ABŞ və keçmiş SSRİ-nin yeni müstəqil dövlətləri” mövzusunda çıxış etmişdir. Beyker çıxışında belə bir məqama diqqəti cəlb etmişdir ki, ərazisi Men ştatına bərabər kiçik ölkə olan Azərbaycan ABŞ-ın bir sıra digər xalqlardan da tələb etdiyi şərtlərdən ibarət böyük siyahını qəbul etməyincə, Amerika tərəfindən tanınmayacaqdır”. Müəllif vurğulamışdır ki, Sovet İttifaqı üzrə ekspertlər bunu erməni diasporunun ABŞ-da Azərbaycan dövlətinə qarşı yönəldilmiş çirkin səylərinin növbəti nəticəsi kimi qiymətləndirmişlər. S.Vays yazır: “Lakin bu kampaniya tarixdə ən qısa kampaniya oldu. 1991-ci ilin dekabrında SSRİ süqut etdi və ABŞ 12 keçmiş sovet respublikasını, o cümlədən Azərbaycanı tanıdı. Bir neçə aydan sonra Beyker ABŞ-ın regiona səfər etmiş və 1918-ci ildən sonra Azərbaycan ilə diplomatik münasibətləri rəsmən bərpa etmiş ilk dövlət katibi oldu”. Müəllifin sözlərinə görə, Vaşinqtonun bütün narahatlıqları strateji reallıqla əvəz olundu. Müəllif jurnalist Tomas Qoltsın sözlərini misal gətirərək yazır ki, Azərbaycan dünyanın ən iri etnik, dini və siyasi parçalanma xətlərindən birinin zirvəsində yerləşir. Bura Şərq ilə Qərbin görüşdüyü, Rusiya, İran və Türkiyə arasında sərhədin keçdiyi, pravoslav xristianlığının islamla, sünniliyin şiəliklə uyğunlaşdığı məkandır. Amerika nəşri yazır: “Bu ölkənin ABŞ-ın milli təhlükəsizliyi üçün əhəmiyyəti bu günədək danılmazdır”. Müəllif xatırladır ki, Prezident Bill Klintonun hakimiyyəti dövründə ABŞ-ın Azərbaycan ilə münasibətləri dərinləşmiş, neft yataqlarının işlənməsinə dair 10 milyardlıq müqavilə imzalanmışdır. S.Vays yazır: “2011-ci il 11 sentyabr terror aktından sonra Prezident Corc Buş respublika ilə münasibətləri hərbi əməkdaşlıq səviyyəsinə qaldırmışdır”. O, 2008-ci ildə səfərini xatırlayır. ABŞ-ın o dövrdəki səfiri Enn Dersi respublikanı “Xəzər sahilində Hyuston” kimi təsvir etmiş, Avropanın Moskvadan enerji asılılığının azaldılmasının zəruri vəsiləsi, Xəzər neftinin və qazının Rusiya ərazisindən yan keçməklə daşındığı yeganə boru kəmərinin keçdiyi yer kimi təqdim etmişdir”. S.Vays məqalədə vurğulamışdır ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmişdir.  Məqalədə ekspert Elxan Nuriyevin belə bir bəyanatı misal gətirilir: “ABŞ Azərbaycanın Amerikanın geniş strateji görüşlərinə hansı tərəfdən uyğun gəlməsi barədə aydın təsəvvürə malik deyildir”. S.Vays xüsusi vurğulamışdır ki, Azərbaycanda ötən il təxminən 100 min barrel neft və 14 milyard kubmetr təbii qaz hasil edilmişdir. Bunun böyük hissəsi Avropa ölkələrinə ixrac olunmuşdur. Müəllif sonda yazır: “Şahdəniz-2” layihəsi yaxın beş ildə istifadəyə verildikdən sonra ehtimal ki, Azərbaycan təbii qaz hasilatını iki dəfə artıracaq və bununla da Avropada nüfuzunu yüksəldəcəkdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi