“The News” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

“The News” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib
Bütün Xəbərlər
14:07 13.02.2012
1165
Meksikanın ingilis dilində dərc olunan “The News” qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib. Azərbaycanın Meksika Səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi Meksika ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir” və bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də Nazir E.Məmmədyarovun 2011-ci ildə Meksikaya həyata keçirilmiş səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanmış bir sıra sazişlər misal göstərilib.
OXŞAR XƏBƏRLƏR