'The Times' qəzeti İlham Əliyevi 2012-ci ilin ən nüfuzlu şəxslərinin siyahısına daxil edib
Bütün Xəbərlər
23:30 20.01.2012
1217
Böyük Britaniyanın nüfuzlu "The Times" qəzeti 2012-ci ildə ən məşhur və nüfuzlu olacaq 100 nəfərin siyahısını hazırlayıb. Həmin siyahıya Azərbaycan Prezidenti İlham Əliyev də daxil edilib."Azərbaycan Prezidenti ölkəsinin "dünyada ən sürətlə inkişaf edən ölkə" olduğunu təsdiqləyir və Böyük Britaniya bunu hiss etməyə başlayır: gələcəkdə bizi "Xəzərdə Dubay"la "yoldan çıxartmaq" üçün Bakıda ticarət mərkəzləri və beşulduzlu hotellər çoxalır. Azərbaycan mətbəxinin restoranı Naytsbricdə yenicə açılıb və Condé Nast jurnalın beynəlxalq versiyasının (Bakı) nəşrinə başlayıb", - Britaniya qəzeti yazır.