Tibb işçilərinin əmək haqları ilə bağlı yenilik - İlk dəfə...
SOSİAL
00:17 02.06.2026
952
TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb.
AZXEBER.COM Demokrat.az-a istinadən xəbər verir ki, artıq bu ay əməkhaqları ödənilməsində dəyişiklik tətbiq olunub və bütün tabeli tibb müəssisələri üzrə ödənişlər həyata keçirilib.
Xatırladaq ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Bəzən maaşlar ayın 10-na kimi gecikirdi.