Bakının Nəsimi rayonu ərazisində Azərbaycan Tibb Universitetinin kafedra müdirinin mənzili qarət edilib. Rayon Polis İdarəsindən verilən məlumata görə naməlum şəxslər əməkdar elm xadimi Cəbrayıl Məmmədovun Abbas Səhhət küçəsində yerləşən məzilinə daxil olaraq 30 min manat pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
C.Məmmədov aparılan pul və qızılları bütün ömrü boyu halal zəhmət və pensiyası ilə yığıb topladığını bildirib. Onun sözlərinə görə, topladığı pullarla özünə lazımi iş görəcəyini planlaşdırsa da, oğrular onun istəyini ürəyində qoyub.
C.Məmmədov başına gələnlərlə bağlı ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edib. Mənzili qarət edən şəxs(lər)in tapılması istiqamətində araşdırma aparılır.
//milli.az