Tiflisdə Qarabağ münaqişəsi müzakirə ediləcək

Tiflisdə Qarabağ münaqişəsi müzakirə ediləcək
Bütün Xəbərlər
16:40 02.11.2012
957
3-4 noyabr tarixlərində Gürcüstanın Tiflis şəhərində Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları və erməni ekspertləri arasında görüş keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, erməni tərəf Analitik Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzi qismində görüşün keçirilməsinə təşəbbüskarlıq edib və təşkilatçı qismində çıxış edib. Görüşün məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyətini, danışıqlar prosesində mümkün olan irəliləyişi və Cənubi Qafqaz regionunda münaqişədən sonrakı inkişaf ssenarilərini müzakirə etməkdir.Tədbirin təşkilati dəstəyi İsveçrənin Xarici Əlaqələr Üzrə Federal İdarəsi və Gürcüstanın bir sıra qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.Görüşdə SAM-ı aparıcı elmi işçi Heydər Mirzə, ekspert – məsləhətçilər Fuad Çıraqov və Ariz Hüseynov təmsil edəcək.
OXŞAR XƏBƏRLƏR