"Yayılan məlumatlar həqiqəti əks etdirmir"
"Tiktok" sosial şəbəkəsində Göygöl Dövlət xəstəxanasının baş həkimi Vasif Əliyevin avtomobil qəzası nəticəsində vəfat etməsi ilə bağlı videolar paylaşılıb.
AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova ilə əlaqə saxlayıb.
Zamirə Adilova yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyevin keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Günel Hüseynli