Zooparka gəzməyə gələn bir qadının cib telefonu əlindən düşüb. Bunu görəm Gene adlı timsah telefonu udub.
Timsahın telefon udmasını səlahiyyətlilərə xəbər verən Rimma Golovko adlı qadın, onları inandırmaq üçün telefonuna zəng edib. Diqqətlə qulaq asdıqda səsin Genenin mədəsindən gəldiyini başa düşüblər.
Telefonunu timsaha yedirən Rimma Golovko "Telefon önəmli deyil amma SIM kartımda çox əhəmiyyətli nömrələr var idi" deyib. Səlahiyyətlilər isə bildiriblər ki, timsahsın sağlamlığı yerində deyil. O, az yemək yeyir və əvvəlkindən daha az üzür. Lazım gəlsə əməliyyata alınacaq.