“Tıxacın sonu görünmür, yolu düzəldən yoxdur, bezmişik” - Video

“Tıxacın sonu görünmür, yolu düzəldən yoxdur, bezmişik” - Video
SOSİAL
23:59 15.05.2026
671
Xırdalan şəhəri Həsən Əliyev küçəsində yol örtüyünün bərbad vəziyyətdə olması sürücülərə çətin anlar yaşadır.

AZXEBER.COM xəbər verir ki, sakinlərin sözlərinə görə, havaların normal keçməsinə baxmayaraq yol daim suyun içindədir.

Sürücülər isə yoldan keçməkdə böyük çətinliklə üzləşirlər.
"Qoxudan ərazidə dayanmaq mümkün deyil. Yolların bu vəziyyətdə olması hər dəfə avtomobillərimizə ciddi ziyan vurur. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Yağış yağsa da, yağmasa da, yol hər zaman belədir. İndi yağış yağmır, bu 100 faiz kanalizasiyanın suyudur. İyindən də görürsünüz”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.

"Vəziyyət çox bərbaddır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Tıxacın sonu görünmür, hər kəs dayanıb gözləyir, amma problemlə maraqlanan, yolu düzəldən yoxdur. Biz nə vaxta qədər belə yaşamalıyıq?! Artıq bu vəziyyətdən bezmişik”, - digər bir vətəndaş bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən küçədə bu ilin əvvəlində cari təmir işləri həyata keçirilib:

"Lakin yağan sonuncu intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerindən qrunt sularının aktiv şəkildə fəallaşması müşahidə olunub.
Bu səbəbdən də küçənin müəyyən hissələrində yol qatının yuyulması baş verib, ərazidə müxtəlifölçülü kiçik çalalar əmələ gəlib. Bu barədə aidiyyəti quruma məlumat verilib və yaxın günlərdə işlər başlayacaq”.

Nümayəndəlikdən o da qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh–Novxanı–Sumqayıt yolu istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi də davam edir:


"Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Ona görə sözügedən küçənin əsaslı təmiri məqsədəuyğun hesab olunmur. Belə ki, 2026–2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna baxmayaraq, yaxın günlərdə Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq”.

Daha ətraflı "Baku TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?