TMB kanalı Azərbaycan bayrağının səhv verilməsinə aydınlıq gətirdi - EKSKLÜZİV

TMB kanalı Azərbaycan bayrağının səhv verilməsinə aydınlıq gətirdi - EKSKLÜZİV
Bütün Xəbərlər
02:06 21.12.2012
2489

“Biz kanal olaraq yaranan problemlə bağlı Azərbaycan xalqından bir daha üzr istəyirik”.

Xəbər verdiyimiz kimi, ötən gün portalımızın daimi oxucusu Emin Allahverdinin elektron poçtumuza göndərdiyi şəkildə TMB kanalında yayımlanan verilişlərin birində Azərbaycan bayrağı tərs yayımlanmışdı. Belə ki, yaşıl rəng birinci, qırmızı ikinci, göy rəng isə üçüncü sırada verilmişdi.

TMB kanalının aparıcısı Elyanə Əhmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, bu hadisə texniki problemdən sonra ortaya çıxıb:

“Bayrağın tərsinə verilməsi tamamilə texniki problemlə bağlıdır. Hətta kanal olaraq texniki işlərə baxan məsul işçi də bu hadisənin ardından töhmət alıb. Biz kanal olaraq yaranan problemlə bağlı Azərbaycan xalqından bir daha üzr istəyirik”.

Qeyd edək ki,  Türkdilli Xalqlar və Toplumların Musiqi Telekanalı - Türk Müzik Birliyi (TMB) bütün türk dünyasını birləşdirən bir kanaldır. Kanal peyk yayımı ilə fəaliyyət göstərir. 

OXŞAR XƏBƏRLƏR