Tofiq Bəhrəmov stadionunun direktoru işdən çıxarıldı

Tofiq Bəhrəmov stadionunun direktoru işdən çıxarıldı
Bütün Xəbərlər
16:10 14.09.2015
1468
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, onun postunu tərk etməsinə səbəb səhhətindəki problemləri olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı publika.az saytı yayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlamasında Akif İsmayılovun öz istəyi ilə postundan getdiyini deyib:
“Akif müəllim səhhətində problem olduğunu dedi və istefa ərizəsini nazirliyə təqdim etdi. Heç bir problem olmayıb. Öz istəyi ilə işdən uzaqlaşdırılıb”.
Nazirlik rəsmisinin sözlərinə görə, A.İsmayılovun yerinə kimin gətiriləcəyi hələ bilinmir:
“Hələ həmin vəzifəyə kimin gələcəyi bilinmir. Yaxın günlərdə bu barədə məlumat olan kimi mətbuata açıqlama veriləcək”.
Qeyd edək ki, son zamanlar Respublika stadionunun durumuyla bağlı ciddi və haqlı narazılıqlar vardı.
OXŞAR XƏBƏRLƏR