Tokioda Azərbaycana ilk medalı qazandıran İrina Kindzerskaya kimdir? - DOSYE

ÖZƏL
13:36 30.07.2021
2830
Xəbər verdiyimiz kimi, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran İrina Kindzerskaya olub.

AZXEBER.COM Azərbaycana ilk medalı gətirən İrina Kindzerskayanın dosyesini təqdim edir: 

İrina Kindzerskaya 13 iyun 1991-ci ildə Ukraynanın Xmelnitski vilayətində doğulub. Ukrayna əsilli azərbaycanlı cüdoçudur.

O, 2012-ci ildə isə XXX Yay Olimpiya Oyunlarında 5-ci yeri tutub.

İrina Kindzerskaya 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan bayrağı altında uğurlu çıxış edib və 2 gümüş medal qazanıb. O, 78 kiloqram çəki dərəcəsində Əlcəzair idmançısı Sonia Asselahı 100:000 və Toqo idmançısı Essohanam Koronu 110:000 hesabları ilə məğlub edərək həlledici final görüşünə vəsiqə qazanıb.

Final görüşündə Türkiyə cüdoçusu Kayra Sayıta 000:101 hesabı ilə məğlub olub və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub.

İrina Kindzerskaya 2017-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan Dünya Çempionatında bürünc medal qazanıb.

Hazırda isə İrina Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edir və artıq ilk medalını qazanıb.

30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla mğlubiyyətə uğradaraq, bürünc medal qazanıb.

Qeyd edək ki, bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən yalnız İrina medal qazana bilib.

Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR