Nəsimi rayonu, 20 yanvar küçəsində vətəndaş futbol topunu götürmək üçün hündürlüyü təxminən 10 metr olan ağaca çıxıb və enə bilməyib.
AZXEBER.COM Sportinfo.az-a istinadən xəbər verir ki, hündürlükdən enə bilməyən şəxslə bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.
Əraziyə cəlb edilən xilasedicilər tərəfindən vətəndaş təhlükəsiz şəkildə hündürlükdən endirilib.
Həmin hadisənin görüntülərini təqdim edirik:











































