Prezident İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındasərəncam imzalayıb.
AZXEBER.COM xəbər verirki, sərəncama görə, qırx min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsini birləşdirən Tovuz–Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılır.