Tovuzda 6 yaşlı körpə yanaraq öldü - VİDEO

Tovuzda 6 yaşlı körpə yanaraq öldü -  VİDEO
Bütün Xəbərlər
13:28 25.07.2014
744
Tovuzda yanğın olub.AZXEBER.COM-un məlumatına görə, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Firuzə Kazımovaya məxsus 115 kvadrtmetr sahəsi olan ev yanıb. Alov tez bir zamanda evi bürüyüb. Əraziyə rayon yanğından mühafizə idarəsinin əməkdaşları cəlb olunub. Bütün səylərə baxmayaraq ev tamamilə yararsız hala düşüb.Yanğın zamanı 6 aylıq körpə yanaraq dünyasını dəyişib, ev sahibi Vüsalə Kazımova və 4 yaşlı qızı Firuzə ağır dərəcəli yanıq xəsarətləri alıb.Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR