Tovuzda 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, gecə saatlarında Bakı-Qazax yolunun Tovuz rayonundan keçən hissəsində “VAZ” və “OPEL” markalı minik avtomobilləri toqquşub.Hadisə zamanı hər iki maşında ümumilikdə 4 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.3 nəfərin cəsədi və xəsarət alanlar sakinlər tərəfindən çıxarılıb. “OPEL”də olan 1 sərnişinin cəsədi isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə edilməklə çıxarılıb.Hazırda faktla bağlı araşdırma aparılır.