Tovuzda atasının avtomobilini qaçıran gənc qəzada öldü

Tovuzda atasının avtomobilini qaçıran gənc qəzada öldü
Bütün Xəbərlər
15:52 27.01.2014
865

Tovuzda 19 yaşlı gənc ağır qəza törədib.

Bu barədə məlumatı AZXEBER.COM-a Tovuz rayon Polis Şöbəsindən veriblər.Məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun 3-cü kilometrliyində baş verib.

Kənd sakini, 19 yaşlı Qılınc Qasımov atasının “QAZel” markalı avtomobilini qaçıraraq yüksək sürətlə idarə edərkən yolun kənarındakı ağaca çırpıb. Qəza o qədər şiddətli olub ki, avtomobilin mühərriki bir neçə metr kənara düşüb. Qəza nəticəsində Dondar Quşçu kənd sakini avtomobili idarə edən Q.Qasımov hadisə yerində dünyasını dəyişib.Onun həmyaşıdı, sərnişin Elşən Nəzərov isə ağır yaralanaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR