Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
SOSİAL
00:20 25.10.2026
203
Tovuzda bir nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan şəxs saxlanılıb.

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

23:19
 
Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər bıçaqlanıb, onlardan biri hadisə yerində ölüb. Digər şəxs isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Ona dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR