Tovuz rayonunda mübahisə zəminində 2 nəfər xəsarət alıb.
AZXEBER.COM-un məlumatına görə, hadisə Qovlar şəhərində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Şaban Həsənovla həmyaşıdı və həmyerlisi Rəhim Qasımov arasında mübahisə yaranıb. Bu zaman R.Qasımov Ş.Həsənova küt ailətlə, sonuncu isə öz növbəsində ona bıçaqla xəsarət yetirib. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.