Tovuz şəhərində olan Nəsirəddin Tusi adına tam orta məktəb üçün inşa olunan 1176 yerlik yeni məktəb binası istifadəyə verilib.AZXEBER.COM-un verdiyi məlumata görə, açılış mərasimində çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda aparılan abadlıq və quruculuq işlərindən, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışmışlar.Çıxışçılar məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışaraq qeyd etmişlər ki, Fondun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda 3 məktəb binası istifadəyə verilib. Bundan əlavə, daha 14 məktəb binası dövlət vəsaiti hesabına tikilib. Hazırda rayonda daha 3 məktəb binasının tikintisi davam edir.Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva sevindirici hal kimi Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artdığını bildirib. Həmçinin o, 79 nəfərin ali hərbi məktəblərə daxil olmasını yüksək qiymətləndirib.Qeyd edək ki, tədbirdə çıxış edən müəllim və şagirdlər bu şəraiti yaratdığına görə prezident İlham Əliyevə minnətdarlıq etmişlər.