Tovuzda yolu keçmək istəyən qadını maşın vurub

Tovuzda yolu keçmək istəyən qadını maşın vurub
Bütün Xəbərlər
15:30 24.08.2015
962
Bakı-Qazax magistral yolunda piyadanı maşın vurub.

Hadisə magistral yolun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Aşağı Öysüzlü kənd sakini, 1956-cı il təvəllüdlü Şəfiqə Hüseynova yolu keçmək istəyərkən “Ford Tranzit” markalı avtomobillə vurulub. Qadın kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

//az.apa.az

OXŞAR XƏBƏRLƏR