Tovuzun 59 yaşlı kənd sakini minaya düşdü - VİDEO

Tovuzun 59 yaşlı kənd sakini minaya düşdü - VİDEO
Bütün Xəbərlər
13:10 07.10.2014
1097

Tovuzda bədbəxt hadisə baş verib. 59 yaşlı Əsrik Cırdaxan kənd sakini Bayram Süleymanov minaya düşüb.

Tovuz rayonunun ucqar Əsrik Cırdaxan kəndinin sakini Bayram Süleymanov piyada əleyhinə minaya düşüb. Hadisə zərərçəkən heyvan otararkən baş verib. Minalanmış ərazidə ehtiyatsızlığa yol verən 59 yaşlı kənd sakini partlayış nəticəsində sağ ayağından ciddi xəsarət alıb. Hərbçilərin müdaxiləsi nəticəsində Bayram Süleymanovun həyatını xilas etmək mümkün olub. O, dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkim Kəmaləddin Abbasov: “Sağ ayağın travmatik amputasiyası olunub. Baldırdan aşağı, üçdə birindən. Eyni zamanda bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaraları almışdı. Xəstə ağır travmatik şoktadır. Xeyli qan itirib. Yardım göstərilib.”

Yaralı xəstəxanaya gətirilərkən böyük miqdarda qan itirdiyinə görə dərhal qanvermə aksiyası təşkil olunub. Hərbçilərin və xəstənin yaxınlarının qan verməsindən sonra Bayram Süleymanovun həyatına olan təhlükə sovuşdu. Hazırda yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur. Vəziyyəti orta ağırdır.

TTV

OXŞAR XƏBƏRLƏR