Toy ərəfəsində qohum qohumunu işgəncə ilə öldürdü

Toy ərəfəsində qohum qohumunu işgəncə ilə öldürdü
Bütün Xəbərlər
10:21 28.06.2013
1297
Siyəzən şəhərində qətl hadisəsi baş verib.Siyəzən polis şöbəsindən verilən məlumata görə, sözləri düz gəlməyən 36 yaşlı Siyəzən şəhər sakini İlham Ələjdər oğlu Ələsgərov və həmyerlisi 39 yaşlı İsrafil Dadaş oğlu Məmmədov aralarındakı mübahisəyə son qoymaq üçün dəniz sahilinə gəliblər.Dəniz kənarında onların mübahisəsi ölümlə nəticələnib. Verilən məlumata görə, İlham Ələsgərov İsrafil Məmmədovu döydükdən sonra idarə etdiyi “Toyota” markalı, 90 RD 246 nömrə nişanlı avtomobillə onun üstündən keçib.İsrafil Məmmədovun meyiti müayinə edilməsi üçün Xaçmaz rayon morquna gətirilib.Regional TV-nin verdiyi məlumata görə, hadisə bu gün olacaq toy ərəfəsində baş verib. Mübahisə edənlər yaxın qohumdurlar. Belə ki, İlham Ələsgərov bu gün toyu olacaq gəncin dayısı, İsrafil Məmmədov isə əmisidir.Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR